RU

Azərbaycan buğda idxalını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 57,896 milyon ABŞdolları dəyərində 257,3 min ton buğda idxal edilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 17,4 milyon ABŞ dolları və ya 43%, həcm baxımından isə70 min ton və yaxud 37,2% çoxdur.

Hesabat dövründə buğda idxalı ölkənin ümumi məhsul idxalında0,98% paya malik olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkəyə 439,081milyon ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilib. Buisə bir il əvvəlki göstərici ilə müqayisədə 24,3 milyon ABŞ dollarıvə ya 5,9% artım deməkdir.

Məqalədə:
Избранный
80
az.trend.az

1Источники