RU

Keçmiş deputat axtarışa verildi - Bu ölkədə

Rusiya Daxili İşlər Nazirliyi Dövlət Dumasının keçmiş deputatı Arkadi Yankovskini axtarışa verib.

Ölkə.az xəbər verir ki, bu barədə "TASS" agentliyi nazirliyin axtarış bazasına istinadən məlumat yayıb.

Məlumata görə, Yankovski Rusiya Cinayət Məcəlləsinin maddələrindən biri ilə axtarılır, lakin konkret hansı maddə üzrə axtarış elan olunduğu açıqlanmayıb. Qeyd olunur ki, o, Rusiyada “xarici agent” kimi tanınıb.

Yankovski 2022-ci ildə Ukraynada başlayan xüsusi hərbi əməliyyatdan sonra Rusiyanı tərk edib. 2024-cü ildə Rusiya Ədliyyə Nazirliyi onu “xarici agentlərin materiallarının hazırlanmasında və yayılmasında iştirak” etdiyinə görə xarici agentlər siyahısına daxil edib. Bundan başqa, o, xüsusi hərbi əməliyyata qarşı çıxış edib.

Arkadi Yankovski 1995–1999-cu illərdə Dövlət Dumasının deputatı olub.

Həmidə İbrahimova

Избранный
101
1
olke.az

2Источники