RU

Həyat üzünə güldü: Mağazanı səhv salan qadın, görün nə qədər pul uddu

ABŞ-ın Kentukki ştatında yaşayan qadın ani bir qərar sayəsində böyük sərvət sahibi olub.

Publika.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.

Hər şey amerikalı qadının lotereyada cəmi 20 dollar qazanması ilə başlayıb. O, uduşu nağdlaşdırmaq üçün həmişə getdiyi yerə deyil, impulsiv bir qərarla heç vaxt baş çəkmədiyi mağazaya yollanıb. Kassada dayanarkən qəfildən daha bir lotereya bileti almaq qərarına gəlib və məhz həmin bilet ona ömrünün şansını gətirib.

Uduşun məbləği 500 min dollar (təxminən 850 min manat) təşkil edib. Vergilər çıxıldıqdan sonra ailə xalis 362 min dollar (təxminən 615 min manat) əldə edib. Qalib qadın o an yaşadığı hissləri belə təsvir edib:

"Nəfəsim kəsildi. Əsməyə başladım, maşın sürə bilmirdim. Deyəsən, bir anlıq huşumu itirmişdim".

Избранный
25
publika.az

1Источники