"Milan"ın futbolçusu Rafael Leao yay transfer pəncərəsində İtaliya klubunu tərk edə bilər.
Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Tanınmış insayder bildirib ki, 26 yaşlı futbolçunun mümkün transferi ilə bağlı bir neçə xarici klub sorğu göndərib. Maraqlananlar arasında xüsusilə İngiltərə Premyer Liqası təmsilçiləri də var.
"Rossoneri" danışıqlara açıqdır və mümkün transfer üçün təxmini məbləği də müəyyənləşdirib. "Milan" oyunçusunu 70 milyon avro dəyərində qiymətləndirir.