AZ

“Nyukasl” Sandro Tonali üçün qiymət müəyyənləşdirib: 100 milyon avrodan aşağı olmaz

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərənin “Nyukasl” futbol klubu yarımmüdafiəçisi Sandro Tonalini bu yay transfer pəncərəsində ucuz qiymətə satmaq niyyətində deyil. Klub rəhbərliyi italyan futbolçu üçün minimum məbləği müəyyən edib.

İdman.Biz “Tuttosport” nəşrinə istinadla xəbər verir ki, “sağsağanlar” Tonalini 100 milyon avrodan (200 milyon AZN) aşağı məbləğə buraxmayacaqlar. Hazırda Avropanın bir neçə nəhəng klubu 25 yaşlı yarımmüdafiəçinin xidmətində ciddi maraqlıdır.

Mənbənin məlumatına görə, “Arsenal”, Madrid “Real”ı və “Mançester Yunayted” futbolçunu transfer etmək istəyən əsas namizədlərdir. Tonalinin “Nyukasl” ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Sandro Tonali 2023-cü ilin iyulunda “Milan”dan 64 milyon avroya (128 milyon AZN) transfer olunmuşdu.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
85
20
icma.az

10Mənbələr