Yaxın Şərqdə alovlanan münaqişələr bəşəriyyəti uçurumun kənarına gətirib. Amerikalı politoloq Konstantin Bloxin bölgədəki gərginliyin Üçüncü Dünya müharibəsinə çevrilmə ehtimalı ilə bağlı ciddi xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, ekspert bu barədə "Lenta.ru"ya müsahibəsində danışıb.
Bloxin ABŞ prezidenti Donald Trampın "İrana hücum etməklə qlobal müharibənin qarşısını aldıq" fikirlərinə münasibət bildirərkən qeyd edib ki, bu cür bəyanatlar fonunda hər hansı bir cinayət "mənəvi addım" kimi qələmə verilə bilər.
Politoloqun fikrincə, bölgədəki hazırkı qeyri-sabitlik hər an böyük bir partlayışa səbəb ola bilər.
Ekspert vurğulayıb ki, hazırda dünyada "domino effekti" prinsipi işləyir. Belə ki, İranın ABŞ, İsrail və ərəb ölkələri ilə mübarizəsi sadəcə regional deyil, qlobal xarakter daşıyır. Çünki Tehranın arxasında onun strateji tərəfdaşları olan Rusiya və Çin dayanır. Digər tərəfdən isə ABŞ-ın rəsmi müttəfiqi olan Avropa İttifaqı daxilində də ciddi fikir ayrılıqları və problemlər mövcuddur.