RU

Hamilə ölümləri niyə artıb? AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər ölkədə iki hamilə qadının həyatını itirməsi ilə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu cür faciəvi hadisələr hamiləlik və doğuş prosesinin nə qədər həssas və diqqət tələb edən mərhələ olduğunu bir daha xatırladır.Ginekoloq Gülçin Rzayeva Demokrat.az-a açıqlamasında deyib ki, hamiləlik fizioloji proses olsa da, bəzi hallarda risklər arta bilər:“Ən təhlükəli səbəblərdən biri ağır qanaxmadır, xüsusilə doğuş zamanı və doğuşdan sonra baş verən qan itkisidir. Digər ciddi səbəb yüksək təzyiq və preeklampsiyadır ki, vaxtında nəzarət olunmazsa həyati təhlükə yarada bilər. Tromboz, yəni qan laxtalanması da hamiləlikdə risk faktorudur. Bəzi qadınlarda gizli ürək xəstəlikləri hamiləlik zamanı ağırlaşa bilər. İnfeksiyalar da vaxtında müalicə edilmədikdə ciddi nəticələr verə bilər. Əgər hamiləlik erkən dövrdən həkim nəzarətində olarsa bu halların çoxunun qarşısını almaq mümkündür”.Həkim bildirib ki, mütəmadi müayinələr gecikdirilməməlidir:“Təzyiq və analizlər diqqətlə izlənməlidir. Riskli hamilələr xüsusi qrup kimi müşahidə olunmalıdır. Doğuş zamanı tibbi heyət hazır olmalı və təcili müdaxilə imkanı təmin edilməlidir. Doğuşdan sonra qadın ən azı bir müddət nəzarətdə saxlanmalıdır. Ən vacib məqam isə hər hansı narahatedici əlamət olduqda vaxt itirmədən həkimə müraciət etməkdir. Erkən nəzarət və düzgün tibbi idarəetmə bu faciələrin qarşısını xeyli azalda bilər”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
demokrat.az

1Источники