Nazirlikdən Aktual.az-a verilən xəbərə görə, məşqlərin keçirilməsində məqsəd fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar rəhbər heyətin funksional vəzifələrini yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılıq və operativliyin artırılmasından ibarət olub.
Tədbirlər zamanı müəssisələrin müvafiq heyətinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla keçən məşqlərdən sonra nəticələr təhlil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.














