RU

Avtobusu yolun ortasında saxlayan sürücü sərnişini ölüm təhlükəsinə atdı VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində qayda pozan sürücü qəza riskinə səbəb olub. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb.

Kadrlardan görünür ki, 50-AE-091 dövlət nömrə nişanlı “İsuzu” markalı avtobusun sürücüsü sərnişini dayanacaqdan kənarda, yolun ortasında düşürüb. Nəticədə qadın sağdan gələn avtomobilə çırpılmaqdan son anda xilas olub.

Videoda sərnişinin yola diqqət etmədiyi və yaxınlaşmaqda olan nəqliyyat vasitəsini qəfil görərək dərindən qorxu keçirdiyi açıq şəkildə görünür.

Qeyd edək ki, qanunvericiliyə görə, avtobus sürücüsü sərnişinləri yalnız rəsmi dayanacaqda və təhlükəsiz şəraitdə mindirib-düşürməlidir. Yəni sərnişinin təhlükəsizliyi sürücülər üçün prioritet məsələ olmalıdır. Eyni zamanda sərnişinlər də avtobusdan istədikləri yerdə düşməsini tələb edə bilməzlər.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
119
avtosfer.az

1Источники