RU

Livan və Suriya sərhədində sülh rəmzi olan Məsihin heykəli UCALDILDI

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Livan-Suriya sərhədində İsa Məsihin nəhəng heykəli ucaldılıb.

Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.

Bildirilib ki, layihənin yaradıcısı və icraçısı Fadi Elyas Avad müsahibəsində heykəlin sülh rəmzi kimi ucaldıldığını qeyd edib. Onun sözlərinə görə, “Məsih heykəli bizim sülh mesajımızdır və xristianların öz torpaqlarında qalmalarının bir əlamətidir”.

Qeyd olunub ki, ideya uzun müddətdir mövcud olsa da, hazırkı şəraitdə daha böyük simvolik əhəmiyyət kəsb edir. Abidə Avadın doğulduğu Əl-Qaa kəndində inşa edilib.

Məlumata görə, heykəl 10 metr hündürlüyündə baza və 16 metr hündürlüyündə İsa Məsih fiqurundan ibarətdir. Kənd Livanın Bekaa vadisinin şimalında, Suriya sərhədinə yaxın ərazidə yerləşir və ölkənin ən qədim xristian yaşayış məntəqələrindən biri hesab olunur.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
redaktor.az

2Источники