RU

Azərbaycanın məhsulları Almaniyada sərgidə nümayiş olunur

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan məhsulları Almaniyanın Düsseldorf şəhərində keçirilən “ProWein 2026” - 30-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 11 şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir.

Stenddə müxtəlif növ şərab və digər spirtli içki məhsulları nümayiş olunur, dequstasiyalar keçirilir. Bundan başqa, stenddə Azərbaycana sahibkarlara göstərilən dəstək mexanizmləri, əlverişli biznes və investisiya mühiti, iştirakçı şirkətlər barədə təşviqat material və videoçarxları təqdim edilir.

Xatırladaq ki, 1994-cü ildən keçirilən “ProWein” sərgisi şərab və spirtli içkilər sahəsində dünyanın aparıcı beynəlxalq platformalarından biridir. Mart 15-17-də keçirilən builki sərgi 60-dan çox ölkədən təxminən 4 min iştirakçını bir araya gətirib. Azərbaycan sərgidə dördüncü dəfədir ki, iştirak edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
70
2
azertag.az

3Источники