RU

Xaçmazda Ramazan və Novruz münasibətilə ağacəkmə aksiyası keçirildi(FOTO)

Xaçmaz rayonunda Azərbaycan Respublikasında elan olunmuş“Şəhərsalma və Memarlıq İli” çərçivəsində qarşıdan gələn Ramazan vəNovruz bayramları münasibətilə genişmiqyaslı ağacəkmə aksiyasıkeçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşantədbir Xudat–Nabran avtomobil yolunun kənarını əhatə edib.

Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayonprokuroru Rəşad Məmmədov, idarə və müəssisələrin rəhbərləri vəictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

Ekoloji tədbir çərçivəsində avtomobil yolunun kənarına 1000 ədədşam ağacı əkilib. Əkilən ağaclar yerli iqlim şəraitinə uyğunolmaqla rayonun ekoloji balansının yaxşılaşdırılmasına, havanıntəmizlənməsinə və yaşıllıq zonalarının genişləndirilməsinə mühümtöhfə verəcək.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əkilən ağaclaravaxtında aqrotexniki qulluq göstərilməsi üçün cavabdeh şəxslərəmüvafiq tapşırıqlar verib.

Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xaçmazrayonunda yaşıllaşdırma aksiyaları il ərzində davametdiriləcək.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Избранный
17
az.trend.az

1Источники