RU

Rusiyadakı ermənilər qorxudulur? 

Ermənistan rəsmisi Rusiyadakı erməni icması daxilində ciddi təzyiqlər və qorxu mühitinin formalaşdığını iddia edib.

Musavat.com xəbər verir ki, Ermənistanın diaspor məsələləri üzrə baş müvəkkili Zare Sinanyan Rusiyada fəaliyyət göstərən erməni icması daxilində vəziyyətin gərgin olduğunu bildirib.

O, parlamentin iclasında Ermənistan hökumətinin 2021–2026-cı illər proqramının 2025-ci il üzrə icra hesabatını təqdim edərkən bu barədə danışıb.

Sinanyanın sözlərinə görə, son 2–3 ay ərzində Rusiya ilə bağlı aparılan işlər göstərib ki, orada icma səviyyəsində vəziyyət demək olar ki, iflic vəziyyətindədir.

O bildirib ki, Rusiyadakı erməni icması çərçivəsində fəaliyyət göstərən və Ermənistanın baş naziri olmaq niyyətini daha əvvəl açıqlamış bir şəxsin maraqlarını təmsil edən insanlar onun maraqlarını çox fəal və aqressiv şəkildə irəli sürürlər, insanları qorxudur və onlara təzyiq göstərirlər. (Söhbətin rusiyalı biznesmen, “Taşir” şirkətlər qrupunun rəhbəri və “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyandan getdiyi ehtimal olunur – red.)

Zare Sinanyan etiraf edib ki, Ermənistan tərəfi hələlik bu vəziyyətə ciddi təsir göstərmək imkanına malik deyil.

Musavat.com

Избранный
48
musavat.com

1Источники