RU

Misli Premyer Liqasında XXV turun açılış matçının hakimləri bəlli olub

Bakı, 17 mart, AZƏRTAC

Misli Premyer Liqasında XXV turun açılış matçı olan “Şamaxı" - "Araz-Naxçıvan" oyununun hakim təyinatları açıqlanıb.

Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, görüşün baş hakimi İnqilab Məmmədov olacaq. Ona Rahil Ramazanov və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İslam Məmmədov yerinə yetirəcək.

VAR-da Fərid Hacıyev, AVAR-da Rəhman İmami olacaq.

Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 15:00-da start götürəcək.

Избранный
17
2
azertag.az

3Источники