Reyting.az saytına istinadən ain.az xəbər verir.
Fransa prezidenti Emmanuel Makron Hörmüz boğazının açılması məsələsində ABŞ prezidentinə qəti şəkildə “yox” deməsə də, boğazın açılması üçün ölkələrin koalisiyasına qoşulmaq öhdəliyindən “yayınıb”.
Reyting.az xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb.
Nəşr xatırladıb ki, ABŞ prezidenti Donald Tramp bazar günü onunla koalisiyaya qoşulmağı müzakirə edib və sonradan Makronun kömək etmək istəyini “10 baldan 8” olaraq qiymətləndirib. Lakin məlumatlı bir mənbə “Axios”a bildirib ki, Makron bu məsələlərdən yayınmağa üstünlük verib.
“Makron qəti şəkildə “yox” deməyib, amma hələlik “yox”dur”, - deyə ikinci mənbə əlavə edib.
Digər mənbənin məlumatına görə, Tramp administrasiyası Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Avstraliya, Kanada, Fars körfəzi dövlətləri və İordaniyanın koalisiyaya qoşulmasını istəyir. ABŞ da oxşar bir tələbi Yaponiya və Cənubi Koreyaya edib.
Lakin Almaniya, İtaliya və Yaponiya liderləri artıq Hörmüz boğazına hərbi gəmilərin göndərilməsini istisna ediblər.
Bu arada, iki mənbəyə görə, Böyük Britaniya “çoxmillətli işçi qrupu üçün plan hazırlayıb və onu ABŞ və bir neçə başqa ölkə ilə bölüşüb”. Lakin Britaniya planı Trampın koalisiyaya qoşulmasını istədiyi ölkələrə təqdim edilməyib və “koalisiyanın necə işləyəcəyi ilə bağlı hər hansı bir konsensus çox uzaq görünür.
Qeyd edək ki, 14 martda Tramp Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və digər ölkələri Hörmüz boğazının gəmiçilik üçün əlverişli qalmasını təmin etməkdən ötrü gəmilər göndərməyə çağırıb, lakin hansı ölkələrin bunu edəcəyini dəqiqləşdirməyib.
E. KAMAL
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.