RU

Qvardiola rəhbərlikdən İspaniya millisinin üzvünün heyətə qatılmasını istədi

ain.az bildirir, Fanat portalına istinadən.

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klub rəhbərliyindən İspaniya millisinin üzvünün heyətə qatılmasını xahiş edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Football Insider" yayıb.

Məlumata görə, bu, "Tottenhem"in müdafiəçisi Pedro Porrodur. Mənbə "şəhərlilər"in London klubunun istədiyi 93 milyon avronu ödəmək niyyətində olmadıqlarını, Porronu daha münasib qiymətə almağa çalışacaqlarını vurğulayıb. MS rəhbərliyinin də bu mövzuda Qvardiolanı dəstəklədiyini diqqətə çatdırıb.

Porro 2019-2022-ci illər aralığında "Mançester Siti"nin strukturunda olub. 26 yaşlı oyunçu 2023-cü ilin yayından "Tottenhem"də çıxış edir. Cari mövsüm paytaxt komandasının forması ilə bütün turnirlərdə 38 matça çıxan arxa xətt oyunçusu 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Sözügedən oyunçunun londonlularla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transder qiymətini 40 milyon avro ilə dəyərləndirir. 

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
fanat.az

2Источники