RU

Azərbaycanda bankların ən sərfəli - nağd pul kreditləri - ŞƏRTLƏR, SİYAHI

Bankların kredit siyasəti maliyyə bazarlarında mühüm rol oynayır və iqtisadi tendensiyaların müəyyən edilməsində mühüm amil kimi seçilir. Azərbaycanda banklar müxtəlif  kredit strategiyaları, faiz dərəcələri, ödəniş şərtləri və müştəri tələbləri ilə öz müştərilərinə nağd pul krediti təklif edirlər. Nağd pul kreditləri istehlak xərclərindən tutmuş biznes investisiyalarına qədər geniş sahədə istifadə olunur və maliyyə bazarlarında fəaliyyəti formalaşdırır.

FED.az bankların təklif etdikləri nağd pul krediti üzrə kredit şərtlərini araşdırıb. Təklif olunan kreditin məbləği 300 manatdan 150 000 manatadək dəyişə bilir. Kreditin illik faiz dərəcəsi isə minimum 10% təşkil edir. Banklar müştərilərinə aldıqları kreditləri ən tez halda 2 ay müddətinə ən gec halda isə 60 ay müddətinə qaytarmlarına imkan yaradırlar, əksər banklarda isə müddət 3 – 48 ay aralığında dəyişir. Kredit alan zaman müştərilər illik faiz dərəcəsindən əlavə olaraq komissiya xərcinidə nəzərə almalıdırlar. Bank sistemimizdə nağd pul krediti üzrə komissiya dərəcəsi 6%-ə qədər ola bilir, əlbəttə komissiyasız kredit təklif edən banklarda elədə az deyil.

Daha detallı məlumat aşağıda təqdim etdiyimiz cədvəldə :

Bank

Məbləğ

(AZN)

İllik faiz dərəcəsi

(%)

Komissiya

(%)

Müddət

(ay)

Azərbaycan Beynəlxaq Bankı

300 – 40 000

10,9 %

0

3-60

Azər- Türk Bank

300 – 50 000

11,5 %

0-1

3-48  

AccessBank

500 – 40 000

10 %

0-3

6-48

AFB Bank

300 – 30 000

13,99 %

0

3-48

Azərbaycan Sənaye Bankı

500 – 30 000

13 %

1

2-36

Bank Avrasiya

500 – 30 000

13 %

0,5

12 - 36

Bank BTB

500 – 30 000

18 %

1

3-48

Bank of Baku

500 – 50 000

11,5 %

0

3-59

Bank Respublika

500 – 50 000

13 %

0

6- 48

Expressbank

300 – 70 000

12,4 %

0-3,5

3- 59

Kapital Bank

300 – 50 000

10,9 %

Komissiyalı və komissiyasız kredit var. Komissiyalı kredit zamanı online kredit zamanı 3% komissiya, filialdan kredit əldə olunan zaman 3-6% komissiya nəzərdə tutulub.

3- 59

Naxçıvanbank

500 – 30 000

16 %

1

3- 48

Rabitəbank

300 – 30 000

11,5 %

1

3-48

Turan Bank

500 – 30 000

12,5 %

0-2

3-48

Unibank

300 – 30 000

16 %

0

3-60

VTB Bank

300 – 40 000

10,99 %

0

6-59

Xalq Bank

500 – 150 000

12 %

0,2

12-60

Yapı Kredi Azərbaycan

300 – 30 000

15,94 %

2

3-59  

Yelo Bank

400 – 50 000

11,7 %

0 – 3,5  

6-59 ay

Избранный
361
42
fed.az

10Источники