“İnformasiya müharibəsi elə aparılır ki, dezinformasiyalar nəticəsində panikalar yaratmaqla, ölkələrdə xaos, anarxiya və digər addımlar atılır. Bu gün bizim ətrafımızda baş verən hadisələr onu göstərir ki, bu informasiya müharibələri uzun gedəcək. Vaxtilə Rusiya-Ukrayna müharibəsi başlayanda qeyd etdilər ki, 1 həftəyə bitəcək. Artıq 4 ildən artıqdır davam edir və İkinci Dünya Müharibəsini keçib. Hesab etmirəm ki, Yaxın Şərqdə də baş verən hadisələr yaxın zamanda öz həllini tapacaq. O baxımdan informasiya təhülkəsizliyinə ciddi nəzarət olunması. Adi bir Azərbaycan hərbi hissələrinin dron uçuşunu böyük panikaya çevirməyə cəhd edənlərin qarşısının alınması üçün əhali ilə iş aparılmalıdır. Buna görə deputatların da üzərinə ciddi iş düşür. Həm mətbuatda, həm görüşlərdə bu barədə fikirlər onlara çatdırılmalıdır”, - deyə deputat bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта