RU

Əliyar Ağayev UEFA Konfrans Liqası matçını idarə edəcək

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.
 
Ə.Ağayev UEFA Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək AEK (Larnaka, Kipr) - "Kristal Pelas" (İngiltərə) matçının baş hakimi olacaq.
 
Bildirilib ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcəklər.
 
Qarşılaşma martın 19-da Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək. İngiltərədəki ilk görüşdə 0:0 hesabı qeydə alınıb.
 
Избранный
46
32
moderator.az

10Источники