AZ

Əliyar Ağayev Konfrans Liqasının oyununa təyinat aldı

FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

AFFA-dan "Unikal"a verilən məlumata görə, o, Konfrans Liqasının 1/8 final mərhələsində Kiprin AEK (Larnaka) və İngiltərənin “Kristal Pelas” komandaları arasında keçiriləcək cavab matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma martın 19-da Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək. İngiltərədəki ilk görüşdə 0:0 hesablı heç-heçə qeydə alınıb.

Seçilən
28
30
unikal.az

10Mənbələr