RU

"Bizimkilər səhnədə hoqqabazlıq edirlər" – VİDEO

Xalq artisti Brilliant Dadaşova paylaşımı ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, müğənni Avstriyada Novruz bayramı münasibətilə keçirilən tədbirdən görüntü yayımlayıb.
 

Görüntüdə əcnəbi vətəndaşların Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından Vəli ilə Tellinin “Pulun var?” duetini oxuduğu əks olunub.


B.Dadaşova paylaşıma "Avstriya Üzeyir Hacıbəyovdan ifa edir. Bizimkilər də səhnədə hoqqabazlıq edirlər" sözlərini yazıb. (Axşam.az)


Bizim.Media

Избранный
30
3
bizim.media

4Источники