AZ

"Bizimkilər səhnədə hoqqabazlıq edirlər"

 
Xalq artisti Brilliant Dadaşova paylaşımı ilə diqqət çəkib.
 
Musavat.com xəbər verir ki, müğənni Avstriyada Novruz bayramı münasibətilə keçirilən tədbirdən görüntü yayımlayıb.
 
Görüntüdə əcnəbi vətəndaşların Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasından Vəli ilə Tellinin "Pulun var?" duetini oxuduğu əks olunub.
 
Brilliant Dadaşova paylaşıma "Avstriya Üzeyir Hacıbəyovdan ifa edir. Bizimkilər də səhnədə hoqqabazlıq edirlər" sözlərini yazıb.
 
Könül
Musavat.com
Seçilən
3
3
musavat.com

4Mənbələr