İran hakimiyyəti bəyan edib ki, Hörmüz boğazı artıq əvvəlki rejimdə fəaliyyət göstərə bilməyəcək.
Bu açıqlama ilə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf çıxış edib. Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində boğazdakı vəziyyət köklü şəkildə dəyişib.
“Boğaz hazırda bağlıdır. Biz onu bağlamaq istəmirdik, lakin indi bağlıdır. ABŞ və sionist rejimin bölgədə mövcudluğu səbəbindən artıq təhlükəsizlik yoxdur və Hörmüz boğazı əvvəlki kimi fəaliyyət göstərə bilməz”, – deyə Qalibaf bildirib.
O vurğulayıb ki, mövcud şəraitdə boğazın əvvəlki vəziyyətə qayıtması mümkün deyil.
Bundan əvvəl İranın sabiq xarici işlər nazirinin müavini və ölkənin Moskvadakı keçmiş səfiri Mehdi Səfəri də məsələ ilə bağlı fikir bildirib. Onun sözlərinə görə, Hörmüz boğazında əvvəlki fəaliyyət rejiminin bərpası ən azı iki-üç il vaxt apara bilər.
Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji bazarı üçün strateji əhəmiyyət daşıyır və dünya üzrə dəniz yolu ilə daşınan neftin böyük hissəsi məhz bu marşrutdan keçir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта