RU

O, 100 faiz MY nin baş məşqçisi olmalıdır Ueyn Runi

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi "qırmızı şeytanlar"ın baş məşqçi postunu hansı mütəxəssisin tutmalı olduğunu deyib.

Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdırıb:

"Maykl Kerrikin daimi əsasda "Yunayted"i çalışdırması ən uyğun variantdır. Bunu əvvəl də demişəm. O, 100 faiz MY-nin baş məşqçisi olmalıdır. Kerriki insan kimi yaxşı tanıyıram, xarakterinə bələdəm. Komandanın təmkinli, oyunçuları anlayan mütəxəssisə ehtiyacı var. Mayklın futbolçulara diqqət ayırdığı dərhal sezilir. İndi oyunçular daha inamlıdır, komanda çox güclü görünür. Məncə, nəyisə dəyişməyin mənası yoxdur. Kerrik qalmalıdır".

Qeyd edək ki, hazırda 54 xalı olan Mançester təmsilçisi çempionatın turnir cədvəlində 3-cü pillədə mövqe tutub. Kerrik sözügedən komandaya müvəqqəti baş məşqçi təyin olunub. 

Toğrul

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
93
1
fanat.az

2Источники