RU

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Bu gün Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq.

"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, martın 17-də Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6/0.4 kV-luq Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 12:00-dan 16:00-dək Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov küçəsi və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
25
apa.az

10Источники