RU

Bayramda borca görə işıq, qaz, su kəsilə bilər? “Yaxşı ki, kanalizasiya...”

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bayram günlərində kommunal xidmətlərin dayandırılması məsələsi cəmiyyət üçün hər zaman həssas mövzulardan biri olub. 

Xüsusilə işıq, qaz və su kimi həyati əhəmiyyət daşıyan xidmətlərin borca görə məhdudlaşdırılması və ya tam dayandırılması əhalini narahat edən əsas suallar sırasındadır. Bir çox vətəndaş hesab edir ki, bayram günlərində belə addımların atılması həm sosial, həm də etik baxımdan doğru deyil. 

Bəs qanunvericilik bu məsələyə necə yanaşır? 

Kommunal xidmət göstərən qurumların bayram və qeyri-iş günlərində borca görə abonentlərə xidməti dayandırmaq hüququ varmı, yoxsa bu hallar üçün xüsusi məhdudiyyətlər nəzərdə tutulub? “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, qanunvericilikdə bayram və qeyri-bayram günləri anlayışı ayrıca nəzərdə tutulmayıb: 

“Əlbəttə, kommunal xidmətlər sahəsində xidmət göstərən tərəf borca görə xidməti dayandıra bilər. Bu şərtlə ki, əvvəlcədən xəbərdarlıq edilir və bu xəbərdarlığa əməl olunmazsa, növbəti mərhələdə bir ay müddətində vətəndaşa göstərilən kommunal xidməti dayandırıla bilər”. 

Eyyub Hüseynov “Yaxşı ki, kanalizasiya xidmətinin dayandırılması üçün mexanizm yoxdur, çünki bu hal daha dəhşətli olardı”,-deyə bildirib. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Açar sözlər:

kommunal xidmətlər Eyyub Hüseynov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
62
1
cebheinfo.az

2Источники