RU

Ulan-Udedə körpü QALMAQALI: Sabiq yüksək vəzifəli məmur Moskvada SAXLANILDI

Moskvada Buryatiya hökuməti sədrinin keçmiş müavini Yevgeni Lukovnikov saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Buryatiya rəhbəri Aleksey Tsıdenov məlumat yayıb.

Moskvada Buryatiya hökuməti sədrinin sabiq müavini Yevgeni Lukovnikov saxlanılıb. Respublika rəhbəri Aleksey Tsıdenovun bildirdiyinə görə, saxlanılma faktı paytaxtda baş tutub.

Məlumata görə, bu tədbirlər Ulan-Udedə üçüncü körpünün inşası layihəsi ilə birbaşa əlaqəlidir. Konkret olaraq, söhbət Lukovnikovla əlaqəli şəxslərin iştirak etdiyi şirkətlər tərəfindən həyata keçirilən subpodrat işlərindən gedir.

Yaxın vaxtlarda saxlanılan şəxsin Ulan-Udeyə etap ediləcəyi və istintaq hərəkətlərinin məhz hadisə yerində davam etdiriləcəyi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
34
interpress.az

1Источники