RU

“İşsizliyin qarşısının necə alınacağı barədə yollar düşünülməlidir” -Fazil Mustafa

Ötən gün Bərdə Rayon İcra Hakimiyyətində 43 vəzifə ləğv edilib. Son zamanlarda isə belə ixtisarları tez-tez müşahidə edirik.

Bəs bu ixtisarların əsas səbəbləri nələrdir?

Redaktor.az-a danışan Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa bildirdi ki, büdcə təşkilatlarında ixtisarların getməsi nəzərdə tutulub və bir çox qurumlar birləşdirilir:

"Əslində birləşdirmənin özü də ixtisarın bir formasıdır. Publik hüquqi şəxslərlə bağlı, hətta iri holdinqlərdə də ixtisarlar gedir. Bu, büdcə yükünü azaltma məqsədi güdür, amma eyni zamanda işsizliyin də artmasına gətirib çıxara biləcək haldır və bu olduqca narahatedici amillərdən biridir. Amma bütün hallarda bu istiqamətdə işlər genişlənibsə, bu hamısı məqsədyönlü şəkildə nəzərdə tutulur ki, büdcə yükü azalsın. Lakin təkcə büdcə yükünün azalması barədə düşünmək olmaz, həm də işsizliyin qarşısının necə alınacağı barədə yollar düşünülməlidir. Ona görə də özəl sektorun təşviq olunması, bürokratik əngəllərdən qurtulması vacibdir ki, burada iş yerini itirənlər ən azı başqa iş yerlərinə yönləndirilə bilsinlər. Buna görə bu reallıq həqiqətən anlaşılandır, amma eyni zamanda narahatedicidir".

Aytəkin TOFİQQIZI

Избранный
27
1
redaktor.az

2Источники