Pakistan ötən gecə ordusunun Kabil və Nəngərhar əyalətindəki "Taliban" hədəflərinə zərbələr endirdiyini açıqlayıb.
"Unikal" xarici KİV-ə istindən xəbər verir ki, ölkənin informasiya və yayım naziri Tarar hücumların hərbi obyektləri, sursat anbarlarını və "terrorçu qrupları" dəstəkləmək üçün istifadə edilən infrastrukturu hədəf aldığını bildirib.
Əfqanıstan hakimiyyəti isə Pakistanı Kabildəki narkotik asılılığı müalicəsi mərkəzinə zərbə endirməkdə günahlandırıb. Hökumət rəsmiləri hücum nəticəsində 400-ə qədər insanın öldüyünü və 250-yə yaxın insanın yaralandığını iddia edirlər.