RU

Bankomatlar vasitəsiləkart əməliyyatlarının sayı 6 dəfəyə yaxın azalıb

Ödəniş kartlarından istifadənin bankomat, POS-terminal və elektron ticarət üzrə dinamikası açıqlanıb.

Marja.az-ın məlumatına görə, Mərkəzi Bankın "Rəqəmsal ödənişlər icmalı - 2025" buraxılışında deyilir ki, nağdsız ödənişlərdən istifadənin genişlənməsi istehlakçı davranışlarına da təsir göstərmiş, kart sahibləri tərəfindən daha çox rəqəmsal ödəniş kanallarına üstünlük verilmişdir.

2020-ci ildə kart əməliyyatlarının say üzrə 41.7%-i bankomatlar vasitəsilə aparıldığı halda, 2025-ci ildə bu göstərici 7.4%-ə enmişdir. Bankomatlarla aparılan əməliyyatların həcmi üzrə də oxşar tendensiya müşahidə edilir.

Kartlarla aparılan əməliyyatlarda POS-terminal ödənişlərinin say üzrə çəkisi 2020-ci ildə 23.9% olduğu halda, 2025-ci ildə müvafiq göstərici 31.4%-ə yüksəlib.

Elektron ticarət əməliyyatlarının kart əməliyyatlarında say üzrə çəkisi 2020-ci ildə 34.4% olduğu halda, 2025-ci ildə müvafiq göstərici 61.2% təşkil etmişdir. Həcm üzrə müvafiq göstərici isə 14.7%-dən 58.9%-ə yüksəlmişdir.

ödəniş kartları istifadəsi dinamikası 2025 bankomat əməliyyatları azalması POS-terminal ödənişləri artımı elektron ticarət ödənişləri Azərbaycan e-commerce ödənişlərinin payı nağdsız ödənişlər artımı rəqəmsal ödəniş kanalları kart əməliyyatları statistikası istehlakçı davranışları ödənişlərdə fintech inkişafı Azərbaycan mobil və onlayn ödənişlər rəqəmsal transformasiya maliyyə sektoru kartla ödəniş trendi nağdsız iqtisadiyyat göstəriciləri elektron ödəniş sistemləri inkişafı
Избранный
76
12
marja.az

10Источники