RU

“Taliban”: Pakistanın hücumu nəticəsində Kabildə 400 nəfər ölüb, 250 nəfər isə yaralanıb

Kabildə Pakistan hərbi təyyarələrinin reabilitasiya mərkəzinə zərbəsi nəticəsində 400 nəfər ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Əfqanıstanda “Taliban” hökumətinin verdiyi məlumata görə, Pakistan hərbi təyyarələrinin Kabulda yerləşən reabilitasiya mərkəzinə endirdiyi zərbə nəticəsində 400 nəfər həlak olub, daha 250 nəfər isə yaralanıb.

Bildirilir ki, dəhşətli hücum baş verən zaman klinikada ümumilikdə 3000-ə yaxın şəxs müalicə alırdı.

Qeyd edək ki, son zamanlar Əfqanıstan və Pakistan arasında sərhəd bölgələrində, eləcə də hava məkanında gərginlik artmaqdadır.

Qonşu ölkələr arasında baş verən bu cür hərbi toqquşmalar və mülki obyektlərin hədəfə alınması onsuz da çətin humanitar böhran içində olan əhalinin vəziyyətini daha da ağırlaşdırır.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
7
9
interpress.az

10Источники