Metbuat.az xəbər verir ki, narkotik asılılığından müalicə olunanların yerləşdirildiyi xəstəxana tamamilə dağılıb. Hadisə nəticəsində azı 400 nəfər həyatını itirib, təxminən 250 nəfər isə yaralanıb. Əfqanıstan rəsmiləri hücumun Pakistan ordusu tərəfindən həyata keçirildiyini bəyan edib və bunu mülki əhaliyə qarşı ağır cinayət adlandırıb. Pakistan tərəfi isə xəstəxananın hədəf alındığını təkzib edərək, zərbələrin yalnız hərbi və terror infrastrukturlarına yönəldiyini iddia edb.
Bu hadisə son həftələrdə iki ölkə arasında artan gərginliyin ən qanlı epizodlarından biri kimi qiymətləndirilir.