Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda daha bir tankerə hücum olub.aia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UMTO) məlumat yayıb.Gəmi Birləşmiş Ərəb Əmirliklərinin Əl-Fuceyrə liman şəhərindən 23 dəniz mili şərqdə lövbərdə olarkən ona naməlum mərminin dəydiyi bildirilir.Hücum nəticəsində gəminin göyərtəsinə az-əhəmiyyətli ziyan dəyib. Ekipaj üzvlərindən xəsarət alan olmayıb.aia.az