RU

"Müctəbanın qanının qisasını alacacağıq" - SEPAH

 ABŞ və İsrail qüvvələri bu gün İranın Ərak şəhəri yaxınlığındakı bir kənd evinə hücum edib. Nəticədə Müctəba adlı 3 günlük körpə, 2 yaşlı bacısı və nənələri həlak olublar. 

"Unikal" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb. 

SEPAH düşməni Müctəbanın qisasını alacağı ilə hədələyib: "3 günlük Müctəbanın haqsız yerə tökülən qanı bizi alçaq Amerika və Sionist quldurlarına qarşı müharibədə daha qətiyyətli edir. Bu cinayətlərin komandirləri, günahkarları və davamçıları məzlum Müctəbanın qanının qisasını alacağımızı gözləməlidirlər". 

Ağarza Elçinoğlu

Избранный
13
21
unikal.az

10Источники