RU

"Nort Vest Konstrakşn" şirkəti 407 milyon manat gəlirdən 35 milyon manat xalis qazanc əldə edib

“Nort Vest Konstrakşn” MMC 2024-cü ili 34 milyon 607 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 32 milyon 729 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Nort Vest Konstrakşn” şirkətinin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 1 milyon 878 min manat və ya 5,7% artıb.

Marja.az “Nort Vest Konstrakşn” MMC-nin 31 dekabr 2024-cü il üçün maliyyə vəziyyəti haqqında hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə şirkətin əsas əməliyyat gəlirləri 415 milyon 988 min manat ikən, 2024-cü ildə 406 milyon 597 min manata düşüb (9 milyon 391 min manat azalıb). Şirkətin müqavilə xərcləri və satışın maya dəyəri isə 15 milyon 540 min manat azalaraq 347 milyon 238 min manata düşüb. Satışın maya dəyərinin gəlirdən daha çox azalması xalis mənfəətin artmasına səbəb olub. 

Qeyd edək ki, "Nort Vest Konstrakşn"  (North West Costruction) şirkətinin fəaliyyəti sənaye obyektlərinin, çoxfunksiyalı bina və komplekslərin, yolların, körpülərin, tunellərin və digər nəqliyyat infrastruktur sistemlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, enerji layihələrinin tikintisi və layihələndirilməsini əhatə edir. "Nort Vest Konstrakşn" həmçinin layihənin idarə edilməsi xidmətlərini göstərir.

Nort Vest Konstrakşn Nort Vest Konstrakşn maliyyə nəticələri 2024 tikinti şirkətləri Azərbaycan xalis mənfəət artımı 2024 tikinti sektoru analizi sənaye obyektlərinin tikintisi infrastruktur layihələri Azərbaycan yol və körpü tikintisi tunel layihələri su təchizatı və kanalizasiya sistemləri enerji layihələri tikinti layihə idarəetməsi xidmətləri tikinti şirkətləri gəlir azalma səbəbləri satışın maya dəyəri azalma tikinti bazarı Azərbaycan 2024 iri tikinti şirkətləri maliyyə hesabatı tikinti sektorunda rentabellik artımı
Избранный
14
1
marja.az

1Источники