RU

Sizi narahat edən düşüncələrdən qurtulmağın 6 yolu

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fəlakət ssenariləri qurmaq, qərarları təkrar-təkrar ölçüb-biçmək və ya gün ərzində başınıza gələnləri zehninizdə fırlatmaq üçün əzələlərinizdən istifadə etmirsiniz. Lakin bu hal zehin üçün təngənəfəs vəziyyətdə qaçmaq qədər yorucu ola bilər.

Milli.Az xəbər verir ki, beyin stresli düşüncələri real təhlükə kimi qəbul edir. Bu isə bədəni daimi gərginlikdə saxlayaraq həm ruhən, həm də fiziki olaraq bizi tükəndirir.

Psixoloq İtan Krossa görə, insanın iç səsi plan qurmaq və təcrübələri anlamaq üçün vacibdir. Amma bu səs eyni şeyləri neqativ şəkildə təkrarlamağa başlayanda "zehni boşboğazlıq" yaranır. Bu, gələcəyə dair sonsuz narahatlıqlar və ya keçmişdəki kiçik bir hadisəni saatlarla analiz etmək şəklində özünü göstərir.

Bu vərdişi dayandırmağın 6 yolu

1. Düşüncələrlə savaşmayın

Narahatedici düşüncələri basdırmağa çalışdıqca, beyin həmin düşüncənin "təhlükəli" olduğu mesajını alır və ona daha çox bağlanır. Düşüncəni sadəcə fərq etmək və qəbul etmək kifayətdir.

2. Zehni zaman səyahəti edin

Özünüzə sual verin: "Bu məsələ bir həftə və ya bir neçə il sonra hələ də əhəmiyyətli olacaqmı?" Bu, böyük rəsmi görməyə kömək edir.

3. Özünüzlə kənardan bir şəxs kimi danışın

Özünüzə "mən" yerinə "sən" deyə müraciət edin. Məsələn, "Mən bunu edə bilərəm" yerinə, "Sən bunu bacararsan" deyin. Bu, problemlərə daha obyektiv yanaşmağı təmin edir.

4. Narahatlıqlarınızla "Görüş saatı" təyin edin

Bütün günü narahat olmaq yerinə, özünüzə bir vaxt müəyyən edin (məsələn, saat 18:00). Əgər narahatlıqlar daha tez qapınızı döyərsə, özünüzə deyin: "İndi yox, səninlə saat 6-da görüşəcəyik."

5. Mühitinizi dəyişin

Nəzarət hissi itəndə düşüncələr artır. Otağı toplamaq, masanı düzəltmək və ya 20 dəqiqəlik təbiət yürüşü etmək daxili səsinizi susdurmağın ən effektiv yollarından biridir.

6. Hərəkətə keçin

Stressdən yaranan enerjini boşluğa xərcləməyin. Bir mövzunu araşdırın, görüləcək işlər siyahısı hazırlayın və ya bir dostunuzla söhbət edin. Beyni real bir işlə məşğul etmək "qurub-daşımaq" döngüsünü qırır.Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
46
3
news.milli.az

10Источники