RU

Boşanmaların 47 faizinin səbəbi bəlli oldu: Britaniyalı həkimdən şok faktlar

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Boşanmaların demək olar ki, yarısı - təxminən 47 faizi xoruldama səbəbindən baş verir".

Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, bu maraqlı nəticə britaniyalı həkim Sonya Şamotskinin apardığı araşdırmadan sonra ortaya çıxıb.

Mütəxəssisin sözlərinə görə, xoruldama tərəflərin bir-birindən emosional uzaqlaşmasına səbəb olur: "Nəticədə ər-arvad ayrı-ayrı otaqlarda yatmağa başlayırlar. Bu yaxınlarda boşanmış 2 000 britaniyalı arasında keçirilən sorğuya əsasən, xoruldama və ya yuxu pozğunluğundan əziyyət çəkənlərin dörddə üçü ayrı otaqlarda yatıb. Onların 85 faizi isə bu vəziyyətin boşanma qərarına birbaşa təsir etdiyini bildirib".

Şamotski vurğulayıb ki, xoruldama münasibətlərin təməlini sarsıdan dağıdıcı qüvvədir: "Bir çox cütlük üçün tərəf müqabilinin ayrı otağa köçməsi dərin emosional özgələşmənin başlanğıcı deməkdir. Fiziki təmasdan məhrum olan cütlüklər zamanla bir-birinə yad insanlara çevrilirlər".

Həkim əlavə edib ki, müasir tibb bu problemi qısa zamanda həll etmək imkanına malikdir və xoruldamanın müalicəsi yüksək effekt verir.

"Lakin ər-arvad boşanma həddinə çatdıqda, aradakı emosional məsafəni bərpa etmək çox vaxt qeyri-mümkün olur. Halbuki ilkin problem sadəcə sakit yuxu ehtiyacından ibarət idi", - deyə mütəxəssis xəbərdarlıq edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
89
oxu.az

1Источники