RU

Diş əti problemləri ağır xəstəliklərin xəbərçisi ola bilər

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Diş əti problemləri yalnız ağız boşluğu ilə məhdudlaşmır, bütövlükdə orqanizmə ciddi təhlükə yaradır. "Frontiers in Immunology" jurnalında dərc olunan yeni araşdırma göstərir ki, dişləri əhatə edən toxumaların iltihabı müxtəlif orqanlarda sistemli reaksiyalara yol aça bilər.Demokrat.az-ın məlumatına görə parodontit zamanı diş ərplərindəki bakteriyalar qan dövranına daxil olaraq orqanizmdə genişmiqyaslı iltihab proseslərinə səbəb olur. Dünyada insanların təxminən 35–50 faizində rast gəlinən bu xəstəlik, düzgün müalicə olunmadıqda ürək-damar sistemi, şəkərli diabet, ağciyər xəstəlikləri və xroniki böyrək çatışmazlığı kimi ağır problemlərlə əlaqələndirilir. Hətta revmatoid artrit və Altsheymer xəstəliyi ilə bağlı risklərin də diş əti vəziyyətindən asılı ola biləcəyi vurğulanır.Tədqiqatçılar qeyd edirlər ki, uzunmüddətli iltihab və immunitetin zəifləməsi infarkt, insult və vaxtından əvvəl doğuş kimi riskləri də artıra bilər. Ağız boşluğundakı bakteriyaların qan vasitəsilə bədənə yayılması orqanizmin müdafiə sistemini ciddi şəkildə sarsıdır.Diş ətlərinin vəziyyəti ümumi sağlamlığın mühüm göstəricisi sayılır. Gigiyenaya riayət etmək və iltihablı xəstəlikləri vaxtında müalicə etdirmək sistemli xəstəliklərin yaranma ehtimalını əhəmiyyətli dərəcədə azaldır. Diş çürüklərinin və iltihabın ürək sağlamlığına birbaşa təsir etdiyi artıq sübut olunmuş bir faktdır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
97
demokrat.az

1Источники