ain.az, Olke.az portalına istinadən məlumat verir.
Avropa Komissiyası Macarıstan və Slovakiyaya Drujba boru kəməri vasitəsilə Rusiyadan neft idxal etməyə imkan verən istisnanın ləğvini təklif edəcək.
"Ölkə.az" xəbər verir ki, bu barədə Aİ-nin enerji komissarı Dan Yorgensen Aİ enerji nazirlərinin görüşünün ardınca keçirilən mətbuat konfransında bildirib .
"Hazırda sanksiyalar mövcuddur, lakin iki ölkənin istisnaları var. Biz bunu dəyişdirmək üçün təklif təqdim edəcəyik. Bütün ölkələr bu vəziyyətə hazırlaşmalıdırlar. Biz gələcəkdə Rusiyanın enerji resurslarını almaq istəmirik", o bildirib.
Yanvar ayında Avropa Birliyi rəsmi olaraq 1 yanvar 2027-ci il tarixindən etibarən Rusiya qazının tədarükünə tam qadağa qoyub . Həmçinin bildirilib ki, 2027-ci ilin sonuna qədər Avropa Komissiyası Rusiya neftinin idxalını tədricən dayandırmaq üçün qanunvericilik təklif etməyi planlaşdırır.
Elvin
Ölkə.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.