RU

Boks millilərinin beynəlxalq turniri

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün Macarıstanın Debretsen şəhərində start götürəcək kişi və qadın boksçular arasında beynəlxalq turnirdə Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Rafiq İsmayılovla Rəhim Allahverdiyevin rəhbərliyi altında rinqə Amin Məmmədzadə (55 kq), Nəbi İsgəndərov, Nicat Alırzayev (hər ikisi 70 kq), Abbasqulu Şadlinski (75 kq), Həsən Osmanlı (80 kq), Ramal Həsənli, Rauf Rəhimov (hər ikisi 85 kq), Zeynəb Rəhimova (54 kq) və Emili Rzayeva (60 kq) çıxacaqlar.

Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.

Qabil YUSİFOĞLUXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
11
xalqqazeti.az

10Источники