AZ

Azərbaycan boksçuları Debretsendə beynəlxalq turnirdə iştirak edəcəklər

Martın 17-də Macarıstanın Debretsen şəhərində kişi və qadın boksçular arasında beynəlxalq turnir start götürəcək..

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, beş gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Debretsendə məşqçilər Rafiq İsmayılovla Rəhim Allahverdiyevin rəhbərliyi altında rinqə Amin Məmmədzadə (55 kq), Nəbi İsgəndərov, Nicat Alırzayev (hər ikisi 70 kq), Abbasqulu Şadlinski (75 kq), Həsən Osmanlı (80 kq), Ramal Həsənli, Rauf Rəhimov (hər ikisi 85 kq), Zeynəb Rəhimova (54 kq) və Emili Rzayeva (60 kq) çıxacaqlar.

Qeyd edək ki, turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.

İdman.Biz
Seçilən
23
50
idman.biz

10Mənbələr