RU

Köhnə avtomobillər utilizasiya olunur

Ölkə ərazisində istismar olunan köhnə nəqliyyat vasitələri həm yol hərəkətinin təhlükəsizliyi, həm də ətraf mühitə təsiri baxımından ciddi risk yaradır. Bu səbəbdən də “Təmiz Şəhər” ASC istismara yararsız nəqliyyat vasitələrinin utilizasiyası proqramını davam etdirir.

İndiyədək proqram çərçivəsində, ümumilikdə, 23 min 589 nəqliyyat vasitəsi utilizasiya olunub. Bununla yanaşı, vətəndaşlar tərəfindən 1273 yeni nəqliyyat vasitəsi proqram vasitəsilə əldə edilib.

Qeyd edək ki, proqramın əsas məqsədi istismar müddəti başa çatmış nəqliyyat vasitələrinin utilizasiyasını təmin etməkdir. Hazırda ölkə üzrə üç utilizasiya mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdən biri Gəncədə, biri Abşeronda, digəri isə Bakıda yerləşir, Gələcəkdə isə utilizasiya məntəqələrinin sayının artırılması planlaşdırılır.

XQ

Избранный
11
5
xalqqazeti.az

6Источники