“Təmiz Şəhər” ASC köhnə nəqliyyat vasitələrinin utilizasiyası proqramını davam etdirir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov bildirib.
O qeyd edib ki, proqramın əsas məqsədi istismar müddəti başa çatmış nəqliyyat vasitələrinin utilizasiyasını təmin etməkdir.
Onun sözlərinə görə, hazırda ölkə üzrə üç utilizasiya mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdən biri Gəncədə, biri Abşeronda, digəri isə Bakıda yerləşir və gələcəkdə utilizasiya məntəqələrinin sayının artırılması planlaşdırılır.
Orxan Cabbarov qeyd edib ki, köhnə nəqliyyat vasitələri həm yol hərəkətinin təhlükəsizliyi, həm də ətraf mühitə təsiri baxımından ciddi risk yaradır. Bu səbəbdən proqram çərçivəsində belə avtomobillərin utilizasiyası həyata keçirilir: "İndiyədək proqram çərçivəsində ümumilikdə 23 589 nəqliyyat vasitəsi utilizasiya olunub. Bununla yanaşı, vətəndaşlar tərəfindən 1 273 yeni nəqliyyat vasitəsi proqram vasitəsilə əldə edilib".
"Cebheinfo.az"