RU

Astronomlar lavadan ibarət planet aşkar etdilər

Astronomlar səthi ərimiş lava ilə örtülü olan yeni tip planet aşkar ediblər.

Aznews.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, "L98-59d" adlandırılan bu planet Yer kürəsindən təxminən 1,6 dəfə böyükdür və 35 işıq ili uzaqlıqda yerləşən qırmızı ulduzun ətrafında dövr edir.

Araşdırmalara görə, planetin səth temperaturu təxminən 1900°C-ə çatır və səthinin böyük hissəsi maqma okeanı ilə örtülüb. Alimlər planetin atmosferində hidrogen sulfid qazının çox olduğunu və şəraitin həyat üçün əlverişli olmadığını bildirirlər.

Избранный
38
5
aznews.az

6Источники