RU

İranda Səfəvilər dövrünə aid memarlıq abidələri zədələndi FOTOLAR

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İrana aviazərbələr zamanı İsfahanda yerləşən Səfəvilər dövrünə aid tarixi memarlıq abidələrinə ziyan dəyib. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. 

Məlumata görə, ABŞ və İsrailin İsfahan şəhərinə endirdiyi zərbələr nəticəsində şəhər qubernatorluğunun binası, Rəkibxana malikanəsi, Çehel Sütun bağ-muzeyindəki Əşrəf zalı, həmçinin Səfəvilər dövrünə aid hökumət kompleksinə daxil olan digər tikililər zədələnib.  

Bu obyektlərin bir çoxunun UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olduğu bildirilir. Hazırda dağıntıların miqyası və mədəni irsə dəyən mümkün zərər dəqiqləşdirilir.

Xatırladaq ki, bundan əvvəl İrana zərbələr zamanı Tehranda yerləşən Səfəvilər dövrünə aid tarixi “Gülüstan” sarayına ziyan dəyib. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
1
cebheinfo.az

2Источники