AZ

İranda Səfəvilər dövrünə aid memarlıq abidələri zədələndi Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İrana aviazərbələr zamanı İsfahanda yerləşən Səfəvilər dövrünə aid tarixi memarlıq abidələrinə ziyan dəyib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. 

Məlumata görə, ABŞ və İsrailin İsfahan şəhərinə endirdiyi zərbələr nəticəsində şəhər qubernatorluğunun binası, Rəkibxana malikanəsi, Çehel Sütun bağ-muzeyindəki Əşrəf zalı, həmçinin Səfəvilər dövrünə aid hökumət kompleksinə daxil olan digər tikililər zədələnib.  

Bu obyektlərin bir çoxunun UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olduğu bildirilir. Hazırda dağıntıların miqyası və mədəni irsə dəyən mümkün zərər dəqiqləşdirilir.

Xatırladaq ki, bundan əvvəl İrana zərbələr zamanı Tehranda yerləşən Səfəvilər dövrünə aid tarixi “Gülüstan” sarayına ziyan dəyib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
qafqazinfo.az

2Mənbələr