RU

Boks Federasiyası lisenziya turnirindəki idmançıların nəticələrini niyə gizlədir?

Martın 8-15-i aralığında Taylandın paytaxtı Banqkokda boks üzrə Olimpiya Təsnifat Kuboku baş tutub.

Fanat.Az xəbər verir ki, Seneqalda keçiriləcək gənclər arasında Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycan millisi 6 idmançı ilə təmsil olunub.

Oğlanlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev turnirə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Toğrul Quliyev (60 kq) və Şahin Aslanovu (65 kq) aparıb. Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Gülər Hüseynova (48 kq) və Əminə Tağıya (51 kq) güvənib. Təəssüf ki, boksçuların fiaskosu davam edir. Belə ki, 6 təmsilçimizdən heç biri 1/4 final səddini keçə bilməyib və çox güman, Yay Olimpiya Oyunlarına lisenziya əldə olunmayacaq. Doğrudur, lisenziyalar sonradan ölkələr və qitələr üzrə bölünəcək. Azərbaycan Boks Federasiyası yarışa qatılanların yekun nəticələrini də açıqlamayıb. Yalnız Azərbaycan millisinin 2 üzvünün 1/4 finala vəsiqəni rəsmiləşdirməsi qeyd olunub. Ancaq nə onların, nə də ilk mərhələdə mübarizəni dayandırması, kimin hansı rəqibinə uduzması və hesabın necə olması haqda bir kəlmə də qeyd yoxdur. Belə çıxır ki, federasiya yalnız qələbə olandan olana çalışır. 

Qeyd edək ki, Banqkokda Şahin Aslanov 1/8 finalda Jan Kambanı (Puerto-Riko) 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Avropa çempionatının finalçısı növbəti döyüşündə Rostislav Orodinskini (Ukrayna) sınağa çəkib. 
Gülər Hüseynova (48 kq) da 1/8 final görüşündən qalib ayrılıb. Avropa çempionu Qyana Nonfala (ABŞ) üzərində 3:0 (29:27, 29:27, 29:27, 28:28, 28:28) hesabı ilə qələbə qazanıb. Hüseynova növbəti qarşılaşmasında Qunjan Qunjanla (Hindistan) üz-üzə gəlib. 

Ötən gün başa çatan yarışda idmançılarımızın yekun nəticələri barədə məlumat öyrənmək üçün federasiyanın mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza adətləri üzrə qısa cavab verilib: "Bizimkilər 1/4 finala qədər irəliləyiblər. Lisenziyanın hələ kimə verildiyi bilinmir. Tarix də bəlli deyil".

Nihat

Избранный
26
1
fanat.az

2Источники