RU

Ədliyyə naziri: Ermənistanın yeni Konstitusiya layihəsi artıq hazırdır

Ermənistanın  yeni Konstitusiya layihəsinin mətni artıq hazırdır və hakim “Vətəndaş Müqaviləsi” Partiyasının idarə heyətinin iclasında, eləcə də eyni adlı parlament fraksiyasında müzakirəyə çıxarılması planlaşdırılır. 

 Ölkə.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan məlumat verib.

"Konstitusiya İslahatları Şurası çox fəal işləyir. Hər həftə iclaslar keçiririk. Söz verdiyim kimi, mətn hazırdır. Amma hələlik nəşrlə bağlı heç bir xəbərim yoxdur, çünki mətnin “Vətəndaş Müqaviləsi2 Partiyasının idarə heyəti və parlament fraksiyası daxilində müzakirə edilməsi qərara alınıb. Bundan sonra onun dərc olunması ilə bağlı qərar veriləcək", - nazir bildirib.

Nazir Ermənistan Respublikasının yeni Konstitusiya layihəsinin konseptual müddəalarının əvvəllər hazırlandığını və mətnin bu müddəalara əsaslandığını aydınlaşdırıb. 

Qeyd edək ki, Bakı  İrəvanla yekun sülh müqaviləsini imzalamaq üçün Ermənistan  Konstitusiyasında  Azərbaycan torpaqlarına ərazi iddiasını nəzərdə tutuan müddəalaırn çıxarılmasını təklif edib. İrəvan da  həmin tələbə uyğun olaraq yeni Konstitusiya layihəsini hazırlayıb.
 
Mürtəza

Избранный
96
olke.az

1Источники