RU

Orban: “Avropa Rusiya ilə müharibəyə hazırlaşır”

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) Rusiya ilə birbaşa qarşıdurmaya hazırlaşdığını və tammiqyaslı hərbiləşdirmə prosesinə daxil olduğunu iddia edib.

"Cebheinfo.az" xəbər verir ki, Orban Macarıstanın bu müharibə ssenarisindən kənarda qalacağını və bitərəfliyini qoruyacağını bəyan edib.

Baş nazir paytaxt Budapeştdə təşkil edilən müharibə əleyhinə mitinqdəki çıxışında Aİ liderlərinin Ukraynadakı münaqişəni dayandırmaq əvəzinə, onu daha da gərginləşdirməyi hədəflədiklərini bildirib:

"Avropa İttifaqı hərbi iqtisadiyyat modelinə keçib və Ukraynaya daha çox pul, silah və əsgər göndərməyi planlaşdırır. İlk Aİ əsgərinin Ukrayna torpaqlarında nə zaman görünəcəyini təxmin edə bilmərik, lakin bu qaçılmazdır".

Macarıstanın hökumət başçısı Brüsselin bu siyasətinin qitəni yeni bir dünya müharibəsinə sürükləyə biləcəyi barədə xəbərdarlıq edərək:

"Çətin vaxtlar yaxınlaşır, müharibə qapıdadır. Avropa artıq müharibə iqtisadiyyatına keçib".

Orban Macarıstanın bu gedişata müqavimət göstərəcəyini və ölkəsini münaqişədən kənarda tutacağını vurğulayıb. Baş nazir ölkəsinin Ukraynaya nə əsgər, nə silah, nə də maddi dəstək verməyəcəyini təkrar edərək, Macarıstanın bu münaqişədə bitərəf bir ada kimi qalmaqda qərarlı olduğunu bildirib.

Orban daha əvvəl də Rusiyanın "Allaha şükür" Macarıstanın düşməni olmadığını söyləyərək diqqət çəkmişdi. Orbanın bu açıqlamaları Avropanın hərbi potensialını artırdığı bir dövrə təsadüf edir.

Xəbərə görə, Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski də Avropada "tammiqyaslı hərbiləşdirmə"nin yaşandığını təsdiqləyib.

Aİ Komissiyasının rəhbəri Ursula fon der Lyayen daha əvvəl Avropanın "yenidən silahlanma dövrünə" qədəm qoyduğunu elan etmişdi. NATO rəsmiləri isə avropalı müttəfiqlərin müdafiə sənayelərini gücləndirərək bu prosesi 2035-ci ilə qədər tamamlamağı hədəflədiklərini açıqlayıblar.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
45
50
cebheinfo.az

10Источники