RU

Tehran qubernatoru: Hücumların 40 faizi paytaxta yönəlib

Tehran qubernatoru: Hücumların 40 faizi paytaxta yönəlib

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı endirilən zərbələrin ən azı 40%-i paytaxt Tehranı və ətraf əraziləri hədəf alıb.

AFN.az xəbər verir ki, bunu Tehran əyalətinin qubernatoru Məhəmməd Sadiq Mötəmədiə elan edib. Onun sözlərinə görə, qalan 60% zərbə isə ölkənin digər 30 əyalətinə paylanıb.

Qubernator qeyd edib ki, ABŞ təkcə ilk 10 gün ərzində 9500-dən çox hədəfə zərbə endirib. Müqayisə üçün o bildirib ki, İraq müharibəsinin ilk iki ili ərzində cəmi 7000 hədəf vurulmuşdu. Mötəmədiənin sözlərinə görə, bu hücumların böyük hissəsi yaşayış məntəqələrinə, məktəblərə, xəstəxanalara və ticarət obyektlərinə ziyan vurub.

Hazırda Tehran üzərindəki hava məkanı gərgin olaraq qalır və paytaxtın bəzi rayonlarında yanacaq təchizatı və infrastruktur problemləri davam edir.

Избранный
66
afn.az

1Источники